• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

SEPAH hərbçiləri Yəməndə öldürüldü

DÜNYA

20 Avqust 2026 | 14:46

SEPAH hərbçiləri Yəməndə öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü və onunla əlaqəli bir iraqlı Yəmən hökumət qüvvələri ilə “Ənsarallah” Hərəkatı arasındakı toqquşma zamanı öldürülüb.

Bakvaxtı.az xəbər verir ki, bu barədə “Al-Arabiya” Yəmən hökumətinə istinadla məlumat yayıb.

Məlumata görə, bu üç nəfər Yəməndə SEPAH-ın hərbi mütəxəssisləri kimi fəaliyyət göstərib. Yəmən mənbələri öldürülən şəxslərin kimliyi, eləcə də onların nə vaxt və harada öldürüldüyü barədə ətraflı məlumat verməyib.

“Al-Arabiya” həmçinin bildirib ki, “Ənsarallah”ın hərbi birləşmələrindən biri “Əl-Əlviyə əl-Fəth” briqadasının komandiri dron hücumu nəticəsində yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026