• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

8 avtomobil toqquşdu, 6 nəfər xəsarət aldı 

DÜNYA

19 Sentyabr 2026 | 13:26 | Müəllif: Günəş Mərd

8 avtomobil toqquşdu, 6 nəfər xəsarət aldı

Rusiyanın Samara şəhərində səkkiz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, “112” Telegram kanalının məlumatına görə, hadisə Moskva şossesinin 18-ci kilometrində qeydə alınıb.

Toqquşan nəqliyyat vasitələri arasında 6 minik avtomobili, “Howo” markalı yük maşını və sərnişin avtobusu olub.

Hadisə yerinə təcili yardım və digər operativ xidmətlərin əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəsarət alanların vəziyyəti və aldıqları xəsarətlərin ağırlıq dərəcəsi barədə hələlik məlumat verilməyib.

Hadisə yerindən yayılan görüntülərdə avtomobillərdən birinin qarşıdan gələn nəqliyyat vasitələrini ayıran maneəyə çırpıldığı görünür. Ərazidə təcili yardım və yanğınsöndürən maşınların da olduğu bildirilir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR