• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Külək nə vaxt kəsəcək?

CƏMİYYƏT

20 Avqust 2026 | 15:24

Külək nə vaxt kəsəcək?

"Hazırda Bakıda və Abşeron yarımadasında əsən arabir güclənən şimal-qərb küləyi sabah axşam saatlarından tədricən zəifləyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqustun 22-si gündüz şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəzlənəcək.

Gülşad Məmmədova, onu da deyib ki, avqustun 21-də və 22-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.

Direktor vurğulayıb ki, bölgələrdə avqustun 21-də arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağışın qısamüddətli, leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Ayın 21-i gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, 22-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 33-38, dağlıq ərazilərdə 20-25 dərəcə isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026