• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Salyanda ağır yol qəzası: 1 ölü, 2 yaralı

HADİSƏ

20 Avqust 2026 | 19:43 | Müəllif: Gülşən Şərif

Salyanda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt–Astara–İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Bakı istiqamətində yüksək sürətlə hərəkətdə olan avtomobil qəfil idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Qəza nəticəsində avtomobildə olan 1 nəfər hadisə yerində həyatını itirib. Daha 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər hallar araşdırıldıqdan sonra məlum olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026