• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Füzulidə qəza: ölən və xəsarət alanlar var

HADİSƏ

19 Sentyabr 2026 | 13:49 | Müəllif: Günəş Mərd

Füzulidə qəza: ölən və xəsarət alanlar var

Füzulidə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Mirzəcamallı kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilli idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər şəxslər-İsgəndərov Məhəmməd Məmməd oğlu, Babayev Səxavət Niyaz oğlu, Hüseynova Ruhiyyə Sabir qızı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR