Banqladeş parlamenti Mirzə Fahrul İslam Alamgiri ölkənin yeni prezidenti seçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.
Banqladeş Milliyyətçi Partiyasından irəli sürülən namizəd səsvermə prosesində 255 səs qazanaraq dövlət başçısı postuna təsdiqlənib.
Onun əsas rəqibi olan Oli Əhməd isə 88 deputatın dəstəyini əldə edib.
İdarəetmə formasına görə parlament respublikası olan Banqladeşdə prezident məhz deputatlar tərəfindən müəyyənləşdirilir.
Qeyd edək ki, sabiq dövlət başçısı Məhəmməd Şahabuddin səhhətindəki problemlərlə əlaqədar iyulun 24-də vəzifəsindən ayrılmışdı. O, hələ ötən ilin dekabr ayında ölkənin müvəqqəti hökumətinin münasibətindən narazı qaldığını və bu səbəbdən postunu tərk etmək niyyətində olduğunu açıqlamışdı.
Ölkənin ali qanununa - konstitusiyaya əsasən, yeni rəhbər seçilənədək prezidentin səlahiyyətlərinin icrası müvəqqəti olaraq parlamentin sədri Hafiz Uddin Əhmədə həvalə edilmişdi.
Bakı 



