• Bakı 27° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Rumıniya qırıcısı dəniz dronunu vurdu

DÜNYA

20 Avqust 2026 | 19:05

Rumıniya qırıcısı dəniz dronunu vurdu

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı Qara dəniz akvatoriyasında yerləşən qaz yatağının yaxınlığında göyərtəsində partlayıcı maddə olan dəniz dronunu məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səhər saatlarında sahil mühafizə xidməti Konstansadan 80 mil məsafədə, müstəsna iqtisadi zonadakı "Neptun Deep" yatağının perimetrində, qaz hasilatı yerindən bir neçə yüz metr aralıda dəniz dronunun aşkar edildiyini xəbər verib. Pilotsuz uçuş aparatı aşkarlanan kimi işçilərin təhlükəsizliyini təmin etmək və kritik əhəmiyyətli infrastrukturu qorumaq məqsədilə dərhal iki "F-16" qırıcısı havaya qaldırılıb", - deyə nazir bildirib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR