• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiyada bir gündə 11 ayı öldürülüb

DÜNYA

19 Sentyabr 2026 | 15:00 | Müəllif: Günəş Mərd

Rusiyada bir gündə 11 ayı öldürülüb

Rusiyanın İrkutsk vilayətində son 24 saat ərzində insan həyatı üçün təhlükə yaradan 11 ayı öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, "TASS"ın məlumatına görə, bunu İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib. Onun sözlərinə görə, ayıların insanlara hücumları bölgədə son dövrlərdə ciddi narahatlıq yaradıb.

Qubernator qeyd edib ki, öldürülən ayıların beşi Bratsk rayonunda, ikisi Nijneudinsk, ikisi Kirensk, ikisi isə Slyudyansk rayonunda olub. Ümumilikdə, 2026-cı ilin əvvəlindən İrkutsk vilayətində 191 ayı öldürülüb.

Məlumata görə, son bir ay ərzində Sibir Federal Dairəsində ayı hücumları nəticəsində bir neçə nəfər həyatını itirib. Ölüm hallarının dördü Krasnoyarsk diyarında, üçü İrkutsk vilayətində, biri isə Altayda qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026