Kolumbiyanın cənubunda lisenziyasız mədəndə baş verən torpaq sürüşməsi nəticəsində azı 13 işçi ölüb, 7 nəfər isə yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Narinyo departamentinin Polikarpa bələdiyyəsi yaxınlığındakı açıq qızıl mədənində baş verib.
İşçilər dağıntılar altında qalıblar. Xilasedicilər və yerli sakinlər ekskavatorların köməyi ilə ölənlərin meyitlərini çıxarıblar.
Bakı 



