• Bakı 27° C

    12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını artırıb

İQTİSADİYYAT

20 Avqust 2026 | 18:05

Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını artırıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 1,6 milyon ABŞ dolları dəyərində 103,1 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq 63 % çoxdur.

Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 7 ayında Gürcüstan xarici ölkələrə 4 milyon ABŞ dolları dəyərində 315 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 38 % və 11 % azdır.

Hesabat dövründə Gürcüstan Ermənistana 1,2 milyon ABŞ dolları dəyərində 108,6 ton, Türkiyəyə 367,8 min ABŞ dolları dəyərində 16,8 ton, Honkonqa 304 min ABŞ dolları dəyərində 13,2 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR