• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Naxçıvanda elektrik şəbəkəsi yenidən qurulur 

CƏMİYYƏT

20 Avqust 2026 | 14:49

Naxçıvanda elektrik şəbəkəsi yenidən qurulur 

Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlarda, bir sıra kənd və qəsəbələrdə 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenidən qurulur.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq"dan məlumat verilib.

"Yeni metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yaşayış məntəqələrində 10/0.4 kV-luq müasir Transformator Məntəqələri (TM) quraşdırılır", - məlumatda qeyd olunur.

Naxçıvan şəhərində 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasının, Naxçıvan RETSİ-nin inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasının inşası davam edir.

Yenidənqurma işləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunus kəndlərini də əhatə edir.

Qeyd olunur ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026