• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

V qrupu seçənlərin NƏZƏRİNƏ: Plan yerləri...

CƏMİYYƏT

20 Avqust 2026 | 15:35

V qrupu seçənlərin NƏZƏRİNƏ: Plan yerləri...

2026/2027-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, qəbul planına əsasən, V ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1 471, rus bölməsinə 115, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 149 yer olmaqla, ümumilikdə 4 735 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 1 543-dür.

Qeyd olunub ki, V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq (585 yer), dizayn (460 yer), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (455 yer), instrumental ifaçılıq (302 yer) və təsviri incəsənət müəllimliyi (285 yer) ixtisaslarına ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026