• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

70 il həbsxanada qalan qatil yuxuda öldü

DÜNYA

20 Avqust 2026 | 15:09

70 il həbsxanada qalan qatil yuxuda öldü

ABŞ-nin ən yaşlı məhbusu hesab edilən Francis Klifford Smit 101 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 2BBC News" məlumat yayıb. 

1950-ci ildə Smit gecə klubunun gözətçisini öldürdüyünə görə edam cəzasına məhkum edilib. O, günahsız olduğunu iddia edib və iş üzrə həbs olunan digər şəxs günahını etiraf edib.

Tezliklə hətta hüquq-mühafizə orqanlarının əməkdaşları belə hökmə şübhə ilə yanaşmağa başlayıblar. Bəzi şahidlər ifadələrindən imtina etdilər. Polis Smitin cinayət yerində olmaması ehtimalını da istisna etmədi. Nəticədə edam səkkiz dəfə təxirə salındı.

Serialı qatil illərdir uşaqlara qarşı zorakılıq edirdi. Həbsxanaya düşdükdən sonra yeni qurbanlar tapıb. 

1954-cü ildə Smitin cəzası ömürlük həbs cəzası ilə əvəz edilib. Ümumilikdə o, 70 il həbsxanada qalıb. 

2020-ci ildə o, yaşlı məhbuslar üçün qocalar evinə köçürülüb. Müəssisənin sözçüsünün sözlərinə görə, Smit yuxuda ölüb. Daha sonra o, kremasiya edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026