ABŞ ordusunun Corciya ştatının Fort-Stüart bazasındakı piyada diviziyası hərbi qulluqçulara xidmət müqaviləsini ən azı iki il müddətinə uzadacaqları təqdirdə "GTA VI" oynamaq üçün dördgünlük məzuniyyət təklif edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, bu məzuniyyət imkanından yararlanmaq istəyən hərbçilər öz müqavilələrini 1 avqust - 14 noyabr tarixləri arasında yeniləməlidirlər.
Polkovnik-leytenant Encel Tomkonun sözlərinə görə, artıq mühəndis taborunda xidmət edən 130 hərbi qulluqçudan 20-si öz müqaviləsinin müddətini uzadıb.
Tomko qeyd edib ki, "GTA VI" üçün məzuniyyət verilməsi ideyası "diviziya rəhbərliyinə yenilənmiş yaradıcı təşviq proqramı təklifi ilə müraciət edən" karyera məsləhətçisinə məxsusdur. Onun sözlərinə görə, bu addım 2027-ci maliyyə ili üzrə müqavilələrin uzadılması planlarına nail olmaq üçün həyata keçirilir.
Bakı 



