• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Zaqataladakı qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI

CƏMİYYƏT

20 Avqust 2026 | 16:30

Zaqataladakı qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI

Zaqatala rayonunun Muxax kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər  (2 qadın, 1 kişi) 20.08.2026-ci il tarixində saat 13:00 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin diaqnozları dəyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər isə (kişi) ambulator müalicə üçün evə buraxılıb.   

Xatırladaq ki, Zaqatalada minik avtomobilləri toqquşub. Hadisə günorta saatlarında Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəində baş verib. Hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı iki minik avtomobili toquşub.Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Günəş Mərd  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR