Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media Nigeriyanın Milli Daxili Su Yolları İdarəsinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, göyərtəsində 70-dən çox insanın olduğu qayıq Sokoto ştatı ərazisində yola düşdükdən qısa müddət sonra aşıb. Sərnişinlərin əksəriyyəti 10-15 yaşlarında uşaqlar olub.
"Hazırda 40-a yaxın cəsəd tapmışıq, 6 nəfər isə xilas edilib", - yerli jurnalist bildirib.
Axtarış-xilasetmə əməliyyatı davam edir. İlkin məlumatlara görə, qayıq həddindən artıq yükləndiyi üçün aşıb.
Bakı 



