• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

İsmayıllıda iki avtovobil toqquşdu: 2 nəfər öldü - YENİLƏNİB

CƏMİYYƏT

20 Avqust 2026 | 13:52

İsmayıllıda iki avtovobil toqquşdu: 2 nəfər öldü - YENİLƏNİB

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxslərin adları məlum olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində 60 yaşlı Elina Məmmədova və 2026-cı il təvəllüdlü körpə oğlan həyatını itirib.

Qeyd edək ki, hadisə zamanı daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Elcan Musalı

***

13:33

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qəzada ümumilikdə 6 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

13:18

İsmayıllıda ölümlə nəticələnən ağır qəza olub.

Bakıvaxtı.az xəbər verir ki, rayon ərazisində  “Hyundai” və “"Lynk & Co” markalı avtomobillər toqquşub. Nəticədə “Hyundai”da olan 2 nəfər həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026