• Bakı 27° C

    12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

"Al Capone’s Baku" ilə bağlı QƏRAR

CƏMİYYƏT

20 Avqust 2026 | 17:43

Al Capone’s Baku ilə bağlı QƏRAR

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Al Capone’s Baku" pub-restoranının fəaliyyət göstərdiyi kommersiya sahəsi satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən obyekt üçün 1 milyon 100 min manat satış qiyməti təyin olunub.

Satış elanında qeyd edilir ki, ümumi sahəsi 380 kvadratmetr olan məkan binanın birinci mərtəbəsində yerləşir, tam təmirli və əşyalı vəziyyətdə təqdim olunur. Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiqləyən çıxarışı (kupçası) mövcuddur. 

Obyekt piyafətdə və nəqliyyat baxımından gediş-gəlişin sıx olduğu ərazidə yerləşir. Yaxınlıqda banklar, iaşə obyektləri və müxtəlif ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, eləcə də metroya yaxınlığı obyektin kommersiya cəlbediciliyini artırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR