• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Vyetnam ölüm hökmünün ləğvini təklif edir

DÜNYA

20 Avqust 2026 | 15:12

Vyetnam ölüm hökmünün ləğvini təklif edir

Vyetnamın İctimai Təhlükəsizlik naziri Luonq Tam Kuanq hökumət adından Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər nəzərdə tutan qanun layihəsini ölkənin birpalatalı parlamenti olan Milli Assambleyaya təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

Hazırda Vyetnam Cinayət Məcəlləsində ölüm hökmünün tətbiq oluna biləcəyi 10 cinayət kateqoriyası müəyyənləşdirilib. Hökumət bunlardan altısı üzrə ölüm cəzasının ləğvini təklif edir.

Söhbət üsyan, 16 yaşına çatmamış şəxslərə qarşı cinsi zorakılıq, narkotik qaçaqmalçılığı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və xalq hakimiyyətinə qarşı yönəlmiş ekstremist fəaliyyətlərdən gedir.

Dəyişikliklər qəbul edilərsə, Vyetnamda ölüm hökmü yalnız dörd cinayətə görə tətbiq olunacaq. Bunlar dövlətə xəyanət, qəsdən adam öldürmə, terrorizm və narkotik vasitələrin qanunsuz istehsalı olacaq. 

Cinayət Məcəlləsinə dəyişikliklərin oktyabr ayında Milli Assambleyanın növbəti sessiyasında təsdiqlənməsi və 1 mart 2027-ci ildən qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin mayında Vyetnam parlamenti də hökumətin təşəbbüsü ilə bir sıra cinayətlər üzrə ölüm hökmünü ləğv edib. Həmin vaxt xalq hakimiyyətini devirməyə yönəlmiş fəaliyyət, casusluq, dövlət infrastrukturunun dağıdılması, saxta dərmanların istehsalı və satışı, narkotik vasitələrin qanunsuz daşınması, mənimsəmə və rüşvətxorluq da daxil olmaqla səkkiz cinayət üzrə ölüm cəzası ömürlük həbs cəzası ilə əvəzlənib.

Vyetnam Xəbər Agentliyinin bildirdiyinə görə, ölüm hökmünün tətbiq dairəsinin mərhələli şəkildə azaldılması ölkənin qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və cinayət məsələləri, ekstradisiya və hüquqi yardım sahələrində beynəlxalq əməkdaşlığının gücləndirilməsi məqsədi daşıyır.

Günəş Mərd 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026