• Bakı 27° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Zaxarova: Türkiyədən bu məsələ ilə bağlı cavab gözləyirik

SİYASƏT

20 Avqust 2026 | 19:58

Zaxarova: Türkiyədən bu məsələ ilə bağlı cavab gözləyirik

“Moskva ABŞ silahlarının Türkiyə vasitəsilə Ukraynaya mümkün ötürülməsi ilə bağlı Vaşinqton və Ankaradan cavab gözləyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı ABŞ və Türkiyədən izahat istəyib. Hələ də Vaşinqton və Ankaradan cavab gözləyirik. Cavabın alınacağına ümid edirik, xüsusən də bu məsələnin Ukrayna istiqamətindəki nizamlanma üzrə davamlı həll yollarının dinamikasına və perspektivinə açıq şəkildə təsir göstərməsi səbəbindən”, - o bildirib.

ABŞ Dövlət Departamenti bundan əvvəl Konqresə Türkiyənin Ukraynaya çoxlu sayda raket sistemləri və mərmilər də daxil olmaqla, 255,9 milyon dollar dəyərində köhnəlmiş Amerika silahlarını təhvil verə biləcəyi barədə məlumat vermişdi. Departament bəyan etmişdi ki, Amerika Birləşmiş Ştatları hökuməti buna hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR