Avqustun əvvəlindən bəri Günəşdə ən güclü alovlanma avqustun 20-də qeydə alınıb. Alovlanmanın intensivliyi demək olar ki, ən yüksək "X" sinfinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
İnstitutun məlumatında bildirilir ki, Moskva vaxtı ilə saat 14:42-də (Bakı vaxtı ilə saat 15:42-də) Günəşin 4513 (N04E89) ləkə qrupunda rentgen diapazonunda 26 dəqiqə davam edən M8.1 sinifli alovlanma qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Günəşdə M sinifli başqa bir alovlanma da müşahidə edilmişdi. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun məlumatına görə, avqust ayı üzrə əvvəlki rekord cəmi bir neçə saat davam edib.
Günəş Mərd
Bakı 



