• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Paşinyan: Bunlar erməni kəndləri deyil!

DÜNYA

20 Avqust 2026 | 16:17

Paşinyan: Bunlar erməni kəndləri deyil!

"Ermənistan və Azərbaycan arasındakı anklavlar məsələsi elə həll olunmalıdır ki, həm uzunmüddətli sülh şəraitində birgəyaşayış təmin edilsin, həm də sərhədyanı ərazilərin sakinləri üçün əlavə çətinliklər yaranmasın".

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə çıxışı zamanı bildirib.

Hökumət rəhbərinin sözlərinə görə, İrəvanla Bakı arasında razılaşdırılmış delimitasiya prinsipinə əsasən, Artsvaşen (Başkənd - red.) Ermənistanın ərazisi hesab edilir, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə Ermənistana aid deyil.

Paşinyan xatırladıb ki, Azərbaycan və Ermənistan delimitasiya prosesini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək barədə razılığa gəliblər. Bu sənədə əsasən, SSRİ-nin dağılması dövründə mövcud olmuş keçmiş müttəfiq respublikaların inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi qəbul olunur.

Müvafiq xəritələrə istinad edilərək, Tavuş vilayətinin Kirants kəndi istiqamətində Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası artıq baş tutub.

Baş nazir qeyd edib ki, gələcək proseslərin də məhz bu baza əsasında davam etdirilməsi ilə bağlı ümumi anlayış mövcuddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR