• Bakı 27° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Azərbaycandan dondurulmuş balıq ixracı 81%-dən çox artıb

İQTİSADİYYAT

20 Avqust 2026 | 18:23

Azərbaycandan dondurulmuş balıq ixracı 81%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 % artıb.

Bundan başqa, ölkəyə soyudulmuş və dondurulmuş balıq məhsulları 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal olunur. İdxal olunan məhsullara AQTA tərəfindən sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq edilir.

Həmçinin AQTA 2025-2026-cı illərdə ümumilikdə 20 balıqçılıq müəssisəsində 24 yoxlama aparıb. Yoxlama zamanı 18 müəssisədə uyğunsuzluq müəyyən edilib ki, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində sahibkarlara icrası məcburi göstərişlər verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR