• Bakı 27° C

    12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

"Boulevard Hotel"də qətl törədən şəxsə hökm oxundu

CƏMİYYƏT

20 Avqust 2026 | 18:09

Boulevard Hoteldə qətl törədən şəxsə hökm oxundu

Bakıda hoteldə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Seymur Manafovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, Seymur Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2026-cı ilin yanvarın 25-də "Ağ şəhər” bulvarında yerləşən "Boulevard Hotel"də baş verib.

Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyevin camaşırxanada bıçaqlanaraq öldürülməsi ilə bağlı polisə məlumat daxil olub.

Araşdırmalarla hadisənin hotelin digər ofisiantı - 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Seymur Manafovun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR