• Bakı 28° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Qalmaqallı kollec direktoru işdən çıxarıldı

HADİSƏ

20 Avqust 2026 | 11:26

Qalmaqallı kollec direktoru işdən çıxarıldı

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru işdən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.

Əmrə əsasən, Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

Kollecin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Nigar Səfxanovaya həvalə olunub. O bu təyinata qədər 2026-cı ilin yanvarından Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə narazılıq etmişdilər.

Qeyd edək ki, Xoşqədəm Xudiyeva sözügedən vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026