• Bakı 26° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb

DÜNYA

19 Avqust 2026 | 22:23

Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb

Qazaxıstanın Karaqanda vilayətinin Şet rayonunda, Ünirək kəndi yaxınlığında ümumi sahəsi 650 hektar olan yanğın lokallaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, 613,6 hektar sahədə quru ot, həmçinin meşə ilə örtülü ərazinin bir hissəsi yanıb. Yanğının meşə massivlərinə daha da yayılmasının qarşısı alınıb.

Yanğının söndürülməsinə təxminən 310 nəfər şəxsi heyət və 44 texnika, həmçinin 2 helikopter cəlb olunub.

Hazırda ayrı-ayrı közərən ocaqların söndürülməsi və ərazinin suvarılması işləri aparılır. Vəziyyət Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR