• Bakı 29° C

    11.08 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Vitsel futbolla "Nitsa"da vidalaşacaq

İDMAN

20 Avqust 2026 | 09:33

Vitsel futbolla Nitsada vidalaşacaq

Fransanın "Nitsa" klubunun yeni transferi Aksel Vitsel bu komandanın karyerasında sonuncu olacağını istisna etməyib.

Bakıvaxtı.az "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı belçikalı yarımmüdafiəçi karyerasını məhz "Nitsa"da bitirmək niyyətində olduğunu bildirib.

Təcrübəli futbolçu Fransa təmsilçisi ilə "1+1" illik sözləşmə imzalayıb.

Qeyd edək ki, A.Vitsel karyerası ərzində "Standard" (Belçika), "Benfika" (Portuqaliya), "Zenit" (Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Atletiko" (İspaniya) və "Tyantszin Teda" (Çin) klublarının da formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026