UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, İsrail təmsilçisi 43-cü dəqiqədə tarazlığı bərpa edə bilib - 1:1.
Ceyvon İst adını tabloya yazdırıb.
***
23:11
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda hesab açılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
6-cı dəqiqədə Velko Simiç fərqlənib.
***
23:02
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, matç Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi italiyalı FIFA referisi Davide Massadır.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bakı 



