• Bakı 29° C

    11.08 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Xan Şuşinskinin məzarı ziyarət olundu

MƏDƏNİYYƏT

20 Avqust 2026 | 09:46

Xan Şuşinskinin məzarı ziyarət olundu

Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Xan Şuşinskinin vəfatının ildönümü ilə əlaqədar onun məzarı ziyarət olunub.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 20-də İkinci Fəxri xiyabanda keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

İştirakçılar Xan Şuşinskinin məzarı önünə gül dəstələri qoyaraq görkəmli sənətkarın xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Xan Şuşinski Azərbaycan muğam sənətinin inkişafında mühüm xidmətləri olan sənətkarlardan biridir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026