• Bakı 26° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

“Spotify” pleylistlərə yeni funksiya əlavə edib

DÜNYA

19 Avqust 2026 | 20:52

“Spotify” pleylistlərə yeni funksiya əlavə edib

“Spotify”ın “Playlist Notes” funksiyası istifadəçilərə və redaktorlara mahnı, podkast və audiokitab seçimlərinə açıqlama əlavə etməyə imkan verir.

Bakıvaxtı.az xəbər verir ki, “Premium” istifadəçilərinin sayı 300 milyonu ötən “Spotify” pleylistləri daha fərdi və kontekstə əsaslanan etmək məqsədilə “Playlist Notes” funksiyasını istifadəyə verməyə başlayıb.

Yeni funksiya sayəsində istifadəçilər yaratdıqları və ya birgə redaktə etdikləri pleylistlərdəki mahnılara, podkast epizodlarına və audiokitablara qeydlər əlavə edə bilirlər.

“Playlist Notes” “Spotify”ın ötən ay istifadəyə verdiyi “User Notes” funksiyasının imkanlarını genişləndirir. Yalnız mahnılara qısa açıqlamalar əlavə etməyə imkan verən “User Notes”dan fərqli olaraq, yeni funksiya podkast epizodlarını və audiokitabları da dəstəkləyir. Beləliklə, istifadəçilər müəyyən məzmunun onlar üçün hansı məna daşıdığını paylaşa, seçimlərinin səbəbini izah edə və ya dinləyicilərə tövsiyələr verə bilirlər.

“Spotify”ın açıqlamasına görə, pleylisti görə bilən hər kəs ona əlavə edilmiş qeydləri də görə bilər. Qeydin yanında göstərilən istifadəçi adına toxunduqda isə qeydi əlavə edən şəxsin profilinə keçid edilir.

Mobil tətbiqdə qeyd əlavə etmək üçün istifadəçi sahibi və ya birgə redaktoru olduğu pleylisti açmalıdır. Daha sonra müvafiq mahnı, podkast epizodu və ya audiokitabın yanındakı üç nöqtəli menyudan “Add note” seçimini etməklə qeyd əlavə edə bilər. İstifadəçilərin yaratdığı pleylistlərə qeyd əlavə etmək funksiyası “iOS” və “Android” sistemlərində 100-dən çox bazarda mərhələli şəkildə istifadəyə verilir.

Bununla yanaşı, şirkətin musiqi redaktorları da müəyyən mahnını niyə seçdiklərini, onun mədəni əhəmiyyətini və ya konkret pleylistə hansı səbəbdən daxil edildiyini açıqlayan qeydlər paylaşa biləcəklər. Redaktor qeydləri ilkin mərhələdə “Spotify”ın “Today’s Top Hits”, “RapCaviar”, “Hot Country”, “All New Pop”, “mint” və “Fresh Finds Hip-Hop” kimi məşhur pleylistlərində görünəcək.

Yeni funksiya ilə yanaşı, “Editor Profiles” adlı redaktor profilləri də istifadəyə verilir. Bu profillərdə redaktorların seçdiyi mahnı və albomlar, həmçinin hazırlanmasında iştirak etdikləri pleylistlər yer alacaq. İstifadəçilər qeydin yanında və ya pleylistin yuxarı hissəsində göstərilən redaktor adına toxunaraq müvafiq profilə keçə biləcəklər.

Redaktorların əlavə etdiyi qeydlər mahnının hansı pleylistdən dinlənilməsindən asılı olmayaraq, “Now Playing” ekranında da göstərilə biləcək. Redaktor qeydləri və redaktor profilləri ilkin mərhələdə ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiyada 16 yaş və yuxarı “Free” və “Premium” istifadəçiləri üçün əlçatan olacaq.

“Spotify” yeni funksiyalar vasitəsilə pleylistlərə əlavə kontekst qazandırmaq və istifadəçi təcrübəsini fərdiləşdirmək imkanlarını genişləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR