• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Litva sığınacaqların modernləşdirilməsi üçün 16 milyon avro ayırdı

DÜNYA

18 Sentyabr 2026 | 16:49 | Müəllif: Gülşən Şərif

Litva sığınacaqların modernləşdirilməsi üçün 16 milyon avro ayırdı

Litva Daxili İşlər Nazirliyi mülki müdafiə sığınacaqlarının modernləşdirilməsi üçün bələdiyyələrə 16 milyon avro ayırıb. 

Bakıvaxtı.az "CBC"yə istinadən xəbər verir ki, bu barədə nazirlik öz saytında məlumat verib.

Məlumata görə, həmçinin nazirlik yerli hakimiyyət orqanlarının bir mülki müdafiə sığınacağını təkmilləşdirmək üçün istifadə edə biləcəyi vəsaitlərin limitini 40 000 avrodan 55 000 avroya qədər artırıb.

Litva hökuməti yerli hakimiyyət orqanlarına şəhərlərdə sakinlərin 60%-ni, kənd yerlərində isə 40%-ni sığınacaqla təmin etməyi tapşırıb. 

Hazırda Litvada 6500-dən çox sığınacaq var.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026