Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.
Bakıvaxtı.az xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.
Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.
















