Hazırda Ermənistanda “dördüncü respublika” qurulur.
Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı İşxan Saqatelyan deyib.
O iddia edib ki, sözügedən respublika Türkiyə və Azərbaycanın iradəsi ilə formalaşdırılır:
“Dördüncü Ermənistan Respublikası”nın formalaşdırılmasında Türkiyə “memar”, Azərbaycan isə “konstruktor” rolundadır. Avropa ölkələri bu layihənin “dizaynı” ilə məşğuldur”.
Qeyd edək ki, erməni siyasi düşüncəsində uzun illər ərzində “Böyük Ermənistan” ideyası mühüm yer tutub. Bu yanaşma Azərbaycan və Türkiyə də daxil olmaqla, qonşu ölkələrin ərazilərinə dair iddialarla müşayiət olunub. Məhz bu səbəbdən rəsmi Bakı və Ankara Ermənistanın konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını vacib şərt kimi irəli sürür.
Bununla yanaşı, 44 günlük müharibədən sonra regionda yeni geosiyasi və siyasi reallıqlar formalaşıb. Azərbaycanın müharibədən sonra əldə etdiyi nəticələr və bölgədə artan siyasi çəkisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Azərbaycanın müəyyən tələblər irəli sürməsinə imkan yaradır. Bakı bu tələbləri regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması ilə əlaqələndirir. Bu baxımdan, Azərbaycanın Ermənistan qarşısında konkret siyasi və hüquqi şərtlər qoyması regionda formalaşmış yeni reallıqların müsbət nəticəsi kimi qiymətləndirilə bilər.
Bakı 



