• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

General-mayor İsgəndər Allahverdiyev dəfn olunub

SİYASƏT

18 Sentyabr 2026 | 15:58 | Müəllif: Əli Hüseynov

General-mayor İsgəndər Allahverdiyev dəfn olunub

General-mayor İsgəndər Allahverdiyev dəfn edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim zamanı general-mayor İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulub, onun əziz xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, İ.Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ildə yaradılan Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib. Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olan general-mayor "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR