• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şamaxıda avtomobil dərəyə aşdı: 1 ölü

HADİSƏ

19 Avqust 2026 | 23:22 | Müəllif: Gülşən Şərif

Şamaxıda avtomobil dərəyə aşdı: 1 ölü

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Şamaxı–Pirqulu avtomobil yolunda qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026