• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb

İDMAN

19 Avqust 2026 | 21:56 | Müəllif: Gülşən Şərif

"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb

 UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan təmsilçisindən məlumat verilib.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manatdır.

VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda 150 manatlıq biletlər mövcuddur.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, oyun avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasındakı ilk matç avqustun 20-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026