• Bakı 29° C

    11.08 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

"Bitcoin" kəskin BAHALAŞDI

İQTİSADİYYAT

20 Avqust 2026 | 08:43

Bitcoin kəskin BAHALAŞDI

Kriptovalyuta bazarında son sutka ərzində kəskin bahalaşma qeydə alınıb.

Bakıvaxtı.az
xəbər verir ki, “CoinMarketCap” platformasında Bitcoin son 24 saatda 7,44% bahalaşaraq 69 066,66 ABŞ dollarına yüksəlib.

“Ethereum”da daha kəskin artım qeydə alınıb.

Kriptovalyutanın qiyməti sutka ərzində 17,52% artaraq 2 244,8 dollara çatıb.

Digər əsas kriptovalyutalardan BNB 3,75% bahalaşaraq 623,99 dollara, Zcash 9,51% artaraq 552,76 dollara, Monero isə 4,29% yüksələrək 426,82 dollara çatıb.

Bitcoin Cash 3,05%, Bittensor isə 7,02% bahalaşıb.

Son 24 saatda ümumi kriptovalyuta bazarının kapitallaşması 7,27% artaraq 2,35 trilyon dollara yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026