• Bakı 30° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

XİN başçıları İstanbulda toplaşacaqlar - NƏ BAŞ VERİR? 

DÜNYA

20 Avqust 2026 | 10:06

XİN başçıları İstanbulda toplaşacaqlar - NƏ BAŞ VERİR? 

Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin avqust ayında İstanbulda görüşü planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, “Türkiyə” qəzetinin məlumatına görə, görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, təhlükəsizlik və sabitlik məsələlərini, münaqişələrin qarşısının alınmasını, eləcə də diplomatik həll mexanizmlərinin gücləndirilməsi yollarını müzakirə edəcəklər.   

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darı İstanbulda keçiriləcək dördtərəfli görüşə dəvət edib.  

Qarşıdakı görüşün dörd ölkə arasında diplomatik koordinasiyanın davamı olacağı bildirilir.

Qeyd edək ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri bundan əvvəl Qahirədə bir araya gəliblər.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026