• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Moskvada attraksionda nasazlıq oldu - 14 nəfər yüksəkdə qaldı

DÜNYA

18 Sentyabr 2026 | 23:30 | Müəllif: Subhan Mahmudov

Moskvada attraksionda nasazlıq oldu - 14 nəfər yüksəkdə qaldı

Moskvada “Orion” parkındakı attraksionlardan birində nasazlıq baş verib və nəticədə səkkizi uşaq olmaqla 14 sərnişin təxminən 40 metr hündürlükdə köməksiz vəziyyətdə qalıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, attraksion sərnişinlər ən yüksək nöqtədə olarkən dayanıb. Park əməkdaşları səsgücləndiricilər vasitəsilə insanları sakitləşdirirlər. Kabinanın təxliyəsi üçün dartıcı qurğudan istifadə olunur və hadisə yerinə bir neçə xüsusi nərdivanlı avtomobil göndərilib.

Mütəxəssislər dayanmanın səbəbini araşdırırlar. İlkin məlumatlara görə, köməksiz vəziyyətdə qalan sərnişinlərin hamısı təhlükəsiz vəziyyətdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026