• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Qalibaf: "İran qarşıdurmaya hazır olmalıdır"

SİYASƏT

19 Avqust 2026 | 22:17 | Müəllif: Gülşən Şərif

Qalibaf: "İran qarşıdurmaya hazır olmalıdır"

İran ABŞ ilə istənilən təmas və danışıqların nəticə verməsi üçün qarşıdurmaya hazır olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “Tasnim”ə açıqlamasında bildirib.

Qalibafın sözlərinə görə, İran müharibəyə hazır olmadığı halda ABŞ ilə aparılan danışıqlar nəticəsiz olacaq. O, hazırda İraqda səfərdədir.

İran parlamentinin sədri regiondakı qeyri-sabitliyin və normal ticarət yollarının pozulmasının əsas səbəbinin ABŞ və Vaşinqtonun başlatdığı müharibə olduğunu iddia edib.

Qalibaf həmçinin ABŞ-nin hazırda “iflic vəziyyətində” olduğunu və müharibədən çıxmasından və ya onu davam etdirməsindən asılı olmayaraq etimadını itirəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026