Hadisə Azərbaycandan Gürcüstana gedən yük qatarının bir vaqonunda, Tovuz stansiyası ərazisində qeydə alınıb.
Bakıvaxtı.az apa-a istinadən xbər verir ki, yanğın 42 vaqondan ibarət yük qatarının 36-ci vaqonunda 70 ton kükürd tozunda tüstülənmə səbəbilə baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.
ADY-dən bildirilib ki, qatarlarda tüstülənmə hallarının baş verməsi mövsümi xarakter daşıyır:
“Havaların isti keçməsi ilə əlaqədar qatarlarda belə tüstülənmə halları baş verə bilər və bu, təbii haldır. Hadisə nəticəsində qatarlarda olan yüklərə hər hansı ziyan dəyməyib”.
Bakı 



