Fransanın keçmiş Baş nazir Fransua Fiyon 10 il müddətinə Fəxri Legion ordenindən məhrum edilib.
Bakıvaxtı.az “bfmt.com”a istinadən xəbər verir ki, buna onun həyat yoldaşı Penelopanın saxta işləri ilə bağlı məhkum edilməsi səbəb olub.
Məlumatda qeyd olunub ki, Respublika Prezidentinin 19 avqust 2026-cı il tarixli fərmanı ilə 4 mart 1954-cü ildə Le Mansda (Sarte) anadan olmuş cənab Fransua Fiyon Şərəf Legionunun Böyük Zabiti statusuna aid hüquq və səlahiyyətlərdən on il müddətinə kənarlaşdırılıb.
Qeyd edək ki, 17 iyun 2025-ci ildə Paris Apelyasiya Məhkəməsi üçüncü məhkəmə prosesinin sonunda keçmiş Baş naziri dörd il şərti həbs cəzasına, 375 min avro cəriməyə və beş il müddətinə dövlət vəzifəsi tutmaqdan məhrum edib. Daha sonra o, apelyasiya şikayəti verib, lakin sonradan apelyasiya şikayətini geri götürüb və bununla da hökmü qüvvədə saxlanılıb.
Aydın
Bakı 



