ABŞ Prezidenti Donald Tramp Şimali Koreya (KXDR) lideri Kim Çen Inlə bu ilin sonuna qədər görüş keçirməyə ümid edir.
Bakıvaxtı.az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.
"Bəli, mən onunla görüşəcəyəm", - deyə Tramp jurnalistin 2026-cı ildə Kim Çen Inlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualına cavab verərkən bildirib.
Tramp həmçinin qeyd edib ki, KXDR-in 57 çox güclü nüvə silahı var, lakin ABŞ-də hakimiyyətdə ağıllı prezident olduğu müddətdə vəziyyət sabit qalacaq.
Ağ Ev rəhbəri Şimali Koreya lideri ilə çox yaxşı münasibətlərinin olduğunu bir daha vurğulayıb.
Məlumata görə, daha əvvəl "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən Trampın artıq bu payızda Kim Çen Inlə görüşməkdə təkid etdiyini xəbər vermişdi.
Bakı 



