• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Yaxınınız sosial şəbəkədə sağollaşırsa... - Mütəxəssisdən TƏCİLİ XƏBƏRDARLIQ

CƏMİYYƏT

19 Avqust 2026 | 15:38

Yaxınınız sosial şəbəkədə sağollaşırsa... - Mütəxəssisdən TƏCİLİ XƏBƏRDARLIQ

“Bəzən insan sosial şəbəkədə yaxınları ilə sağollaşan, artıq yaşamaq istəmədiyini bildirən paylaşımlar edir, belə hallarda buna vaxtında diqqət yetirmək lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, insanın əvvəlki davranışlarından fərqli olaraq özünə qapanması, təcrid olunması, ümidsizlik və tənhalıq ifadə etməsi diqqətdən kənarda qalmamalıdır.

Leyla Bəşirova qeyd edib ki, bəzən insanın paylaşdığı fikirlər və ifadələr ona xas olmur:

"Təəssüf ki, bəzən yaxınları onun yazışmalarına və mesajlarına vaxtında fikir vermirlər. Lakin sosial şəbəkədəki bir paylaşımı əsas götürərək həmin şəxsə psixiatrik diaqnoz qoymaq da düzgün deyil. Bu, mütəxəssislərin səlahiyyətində olan məsələdir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR