• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

CƏMİYYƏT

18 Sentyabr 2026 | 12:07 | Müəllif: Əli Hüseynov

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar “BakuBus”ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısı sürücülər tərəfindən ifa olunub.  

İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqovu tarda 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, pianoda 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.

Qeyd edək ki, sözləri Südabə Şəfa, musiqisi Nüşabə Muradovaya məxsus mahnının ən populyar ifaçısı Elmira Rəhimovadır. 

Həmin kompozisiyanı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026