• Bakı 24° C

    7.1 m/s

Onların məhkəməsi BAŞLADI

CƏMİYYƏT

18 Sentyabr 2026 | 12:57 | Müəllif: Əli Hüseynov

Onların məhkəməsi BAŞLADI

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov, Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.

    Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.

    Məhkəmənin baxış iclası 2 oktyabra təyin edilib.

    Təqsirləndirilən şəxslər dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

    Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026