• Bakı 26° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

İsrail HƏMAS komandirlərini HƏDƏFƏ ALDI 

DÜNYA

19 Avqust 2026 | 17:26

İsrail HƏMAS komandirlərini HƏDƏFƏ ALDI 

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-ın iki komandirinin hədəfə alındığını açıqlayıb.

Bakıvaxtı.azxəbər verir ki, IDF-nin yaydığı məlumata görə, ilk zərbə Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat bölgəsinə endirilib.

Nəticədə HƏMAS-ın hərbi komandirlərindən birinin vurulduğu bildirilib.

Bundan qısa müddət sonra Qəzzanın Tuffa bölgəsində daha bir HƏMAS komandirinə zərbə endirildiyi qeyd olunub.

İsrail tərəfi bildirib ki, zərbələrdən əvvəl mülki əhali arasında itkilərin və dağıntıların qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülüb.

IDF zərbələrin nəticəsində mülki əhali arasında ölən və yaralananların olub-olmaması barədə əlavə məlumat verməyib.

Günəş Mərd 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR