• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər

DÜNYA

18 Sentyabr 2026 | 13:24 | Müəllif: Əli Hüseynov

Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində ayıların hücumu ilə əlaqədar komendant saatı tətbiq edilib.

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, qərarla axşam saat 19:00-dan etibarən insanların küçələrdə, parklarda və meşə massivlərində olması qadağan olunub.

Şəhər administrasiyası həmçinin meşəyə, uzaq ərazilərə getməyi, eləcə də yabanı bitkilər toplamağı qadağan edib. Ev heyvanlarının gəzdirilməsi yalnız günün işıqlı vaxtında həyata keçirilməlidir. Administrasiyanın müraciətində ayıların insanlardan qorxmadığı, meşənin isə hazırda “ölümcül təhlükə zonası” olduğu bildirilib. 

Xatırladaq ki, son zamanlar Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Sentyabr ayı ərzində təkcə İrkutsk vilayətində ayıların hücumu nəticəsində üç nəfər həlak olub. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev ayıların hücumları səbəbindən bütün region ərazisində yüksək hazırlıq rejiminin tətbiq ediləcəyini elan edib. Sentyabrın 17-də vilayət rəhbərliyi 353 ayının öldürülməsi barədə qərar qəbul edib. İndiyədək 176 heyvanın öldürüldüyü bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026