• Bakı 26° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Kardiologiya İnstitutu milyonluq dərman və tibbi ləvazimatlar alacaq

DÜNYA

19 Avqust 2026 | 17:35

Kardiologiya İnstitutu milyonluq dərman və tibbi ləvazimatlar alacaq

"Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu" publik hüquqi şəxsi dərman, sarğı ləvazimatları və materialların satın alınması ilə bağlı açıq tender elan edib.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 734 min manat təşkil edib.

Tender çərçivəsində 68 adda dərman və tibbi ləvazimatın satın alınması nəzərdə tutulur.

Sənədlərə əsasən, alınacaq məhsullar arasında 850 ədəd radiopak kontrast maddə (Kontranst 370/100 ml), 3 000 ədəd birdəfəlik anjio örtüyü, 800 ədəd 6,7 santimetrlik radial sheath, 100 ədəd 125 santimetrlik uzatma xətti və diaqnostik angiografik kateterlər var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR