• Bakı 16° C

    3.55 m/s

Harri Keynə "Qızıl buts" təqdim olunub

İDMAN

19 Avqust 2026 | 21:04 | Müəllif: Gülşən Şərif

Harri Keynə "Qızıl buts" təqdim olunub

"Bavariya"nın hücumçusu Harri Keynə 2025/26 mövsümünün yekunlarına görə "Qızıl buts" mükafatı təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, təntənəli mərasim Münhen klubunun muzeyində baş tutub.

Harri Keynə Qızıl buts təqdim olunub - FOTO

"Qızıl buts" hər il Avropa çempionatlarının ən yaxşı bombardirinə təqdim olunur. Almaniya çempionatının 2025/26 mövsümündə ingiltərəli hücumçu keçirdiyi 31 oyunda 36 qol vurub.

33 yaşlı Keyn bu mükafatı karyerasında ikinci dəfə qazanıb. O, ilk dəfə "Qızıl buts"a 2024-cü ildə sahib çıxmışdı. Keyn futbol tarixində bu trofeyi iki dəfə qazanmağı bacaran onuncu futbolçudur. Rekord isə Messiyə məxsusdur - argentinalı hücumçu "Qızıl buts"u altı dəfə əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026